Le Pen: fransızlara Aİ-də qalıb-qalmamaları barədə seçim imkanı verilməlidir

 

Fransa prezidenti postuna namizəd, “Milli cəbhə” partiyasının lideri Marin Le Pen seçkilərdə qələbə qazandıqdan sonra altı ay müddətində Avropa İttifaqı ilə “dörd suverenitetin Fransaya qaytarılması” barədə danışıqlar aparacağını vəd edib.

Le Pen Public Senat telekanalına müsahibəsində fransızlara Avropa İttifaqının tərkibində qalıb-qalmamaq barədə seçim imkanı verilməsinin vacibliyini qeyd edib. Onun sözlərinə görə, əgər Aİ ilə danışıqlar müsbət nəticələnsə, “Milli cəbhə”nin lideri fransızlara “Avropa İttifaqında qalmağı” tövsiyə edəcək, lakin danışıqların iflasa uğrayacağı təqdirdə İttifaqın tərkibindən çıxmaqdan başqa yol qalmayacaq. Əgər referendumu uduzarsa, səlahiyyətlərindən imtina etməyə hazırdır. Həmçinin Le Pen “böyük ərazi islahatı keçirmək” niyyətindədir. Belə ki, o, “üç eşelona – kommunaya, departamentə və millətə” inanır. Xatırladaq ki, Fransada prezident seçkilərinin ilk turu aprelin 23-də, ikinci turu mayın 7-də keçiriləcək.

Xudaferin.eu

 

20:07