Latviya Dağlıq Qarabağın “müstəqilliyini” və orada keçirilən “referendumu” tanımır.

 

Bu sözləri eksklüziv olaraq Trend-ə Latviyanın Azərbaycandakı səfiri Yuris Maklakovs deyib. Diplomat vurğulayıb ki, Latviya Azərbaycanın ərazi bütövlüyünü və Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli məsələsində Minsk qrupunun səylərini dəstəkləyir.
Qeyd edək ki, Şərqi Avropa dövlətləri timsalında Polşa, Latviya, Litva, Estoniya, Çexiya, Slovakiya, Macarıstan, Bolqarıstan, Rumıniya, Ukrayna, Moldova, Belorus uluslararası termin kimi qəbul edilən “ocupation”, yəni işğalçılıq siyasətinə qarşı olduqca sərt mövqe nümayiş etdirirlər. Bu dövlətlər tarixən hər hansı bir imperiya siyasəti yürüdən dövlətlərin daim təzyiqləri və təqibləri altında olduqları üçün, bu gün işğalçılıq siyasətinə qarşı təpki ilə yanaşırlar.

TREND İA

 

17:01