Las-Veqasda silahlı insident nəticəsində həlak olanların sayı 58 nəfərə çatıb

 

ABŞ-ın Las-Veqas şəhərində (Nevada ştatı) silahlı insident nəticəsində həlak olanların sayı 58 nəfərə, zərərçəkənlərin sayı 515 nəfərə çatıb. Bu barədə şerif Cozef Lombardo mətbuat konfransında məlumat verib.

Xatırladaq ki, insident bazar günü gecə saatlarında Mandalay Bay otel-kazino kompleksi ilə aeroport arasındakı meydançada keçirilən musiqi festivalında baş verib. Hadisə vaxtı orada on minlərlə insan olub. Kütləvi qətldə şübhəli bilinən yerli sakin, 64 yaşlı Stiven Peddok polis tərəfindən saxlanılarkən özünü öldürüb. Cinayətkar festivalı izləyən insanları Mandalay Bay otelinin 32-ci mərtəbəsindən atəşə tutub. Onun oteldə qaldığı otaqdan azı 10 ədəd silah tapılıb. Hücuma görə məsuliyyəti İŞİD qruplaşmasının öz üzərinə götürdüyü bildirilir.

Silahlı hücumun məsuliyyətini İŞİD qruplaşması üzərinə götürüb

ABŞ-ın Las-Veqas şəhərində musiqi festivalı zamanı baş verən silahlı hücumun məsuliyyətini İŞİD terror qruplaşması üzərinə götürüb. Bu barədə Reuters qruplaşmaya yaxın olan agentliklərə istinadla məlumat yayıb. Xatırladaq ki, Las-Veqas şəhərinin mərkəzində keçirilən musiqi festivalı zamanı açılan atəş nəticəsində həlak olanların sayi 50 nəfəri ötüb, 400-ə yaxın insan zərər çəkib. Bu faciə ABŞ-ın müasir tarixində insanların atəş nəticəsində kütləvi şəkildə qətlə yetirildiyi ən qanlı hadisədir.

Xudaferin.eu
ABŞ, “Vaşinqton Bürosu”

09:31