KXCP qazdan zəhərlənmələr və intiharlarla bağlı Baş Prokurorluğa və üç nazirliyə sorğu göndərdi

Dünən KXCP (Klassik Xalq Cəbhəsi Partiyas) İdarə Heyətinin  yığıncağı keçirilmişdir. Partiyanın Mətbuat Xidmətindən XUDAFERİN.EU-ya verilən açıqlamaya görə, yığıncaqda qərarların icra vəziyyəti, ictimai – siyasi vəziyyət, qarşıda duran vəzifələr və cari məsələlər   müzakirə olunmuş, müvafiq qərarlar qəbul edilmişdir. İdarə Heyətinin yığıncağında KXCP Ali Məclisinin növbəti sessiyasının- 24 dekabr 2016-cı il saat 11:00-da Partiyanın mənzil qərargahında keçirilməsi  qərara alınmışdır.

Yığıncaqda eyni zamanda 11 dekabr 2016-cı il saat 13:00-da 21 Azər Hərəkatının  ildönümü ilə bağlı Milli Hökümətin rəhbəri Seyid Cəfər Pişəvərinin məzarını ziyarət etmək haqqında  qərar qəbul edilmişdir.
KXCP Mətbuat Xidmətindən o da bildirilmişdir ki, İdarə Heyətinin yığıncağında son dövrlər qazdan zəhərlənmələr və intiharlarla bağlı müzakirələr aparılmış, baş verənlərdən narahatlıq ifadə edilmişdir. KXCP İdarə Heyəti müzakirə olunan məsələ ilə bağlı Respublika Prokurorluğuna, Daxili İşlər, Səhiyyə və Fövqaladə Hallar Nazirliklərinə    sorğu göndərilməsini qərara almışdır.           

Xudaferin.eu

13:05