KXCP İraq və Suriya Türkmanlarına qarşı soyqırıma üsyan püskürdü

KXCP-nin (Klassik Xalq Cəbhəsi Partiyası) mətbuat xidmətindən “XUDAFERİN.EU”-ya daxil olan məlumata görə, 28  noyabr   2016-cı ildə,  Klassik Xalq Cəbhəsi Partiyasının  İdarə Heyətinin  yığıncağı keçirilmişdir. Yığıncaqda qərarların icra vəziyyəti, ictimai – siyasi vəziyyət, qarşıda duran vəzifələr və cari məsələlər   müzakirə olunmuş,   müvafiq qərarlar qəbul edilmişdir. İdarə Heyətinin yığıncağında  ölkədə  tədris və digər sahələrdə  rus dilinin yenidən qabardılması ilə bağlı məqsədyönlü  yaradılan  şəraitdən  ciddi narahatlıqlar  bildirilmiş, əlaqədar təşkilatlardan  bu problemlərin  aradan qaldırılması üçün  zəruri tədbirlərin görülməsi  tələb edilmişdir.

Yığıncaqda İraqda və Suriyada baş verən müharibə nəticəsində türkmənlərin  vəziyyətinin dahada ağırlaşması qeyd edilmişdir. Türkiyə, Azərbaycan və digər türk dövlətlərinin  türkmənlərə zəruri  dəstək göstərməmələri, digər tərəfdən türkmənlərin  məqsədli surətdə təriqət  qarşıdurmalarına   yönəldilmələri  fəlakətli nəticələrlə qurtaracağından  narahatlıqlar ifadə edilmişdir. Azərbaycanda gənclərin, ictimai - siyasi təşkilatların türkmənlərlə bağlı fəallağının daha da artırılması məqsədəuyğun hesab edilmiş, türkmənlərə zəruri  dəstəyin  verilməsi üçün Azərbaycanın hakimiyyət orqanlarına çağırış edilmişdir.

Xudaferin.eu 

 

12:06