KXCP-dən sərt qərar

Partiya hakimiyyətdə olan rus – erməni yönlülərə xəbərdarlıq etdi

KXCP (Klassik Xalq Cəbhəsi Partiyası) İdarə Heyətinin növbəti yığıncağı keçirilmişdir. Yığıncaqda, qərarların icra vəziyyəti, ictimai – siyasi vəziyyət, qarşıda duran vəzifələr və cari məsələlər müzakirə olunmuşdur. İcraya yönəlik qərarların müzakirsində KXCP-nin  20 yanvar Qəhrəmanlıq Günüün  27-ci ildönümü ilə bağlı Bakda və bölgələrdə keçirdiyi tədbirlər müzakirə edilmiş və müvafiq qərarlar qəbul edilmişdir.
Partiyanın mətbuat xidmətindən “XUDAFERİN.EU”-ya verilən məlumata görə, toplantıda ölkədəki sosial – iqtisadi vəziyyət müzakirə edilmişdir. Minimum əmək haqqının  və yaşayış minimumunun artırılmasının reallığa uyğun olmadğı tənqid edilmişdir. Toplantıda eyni zamanda Rusiya Xarici İşlər naziri Kələntaryan – Lavrovun Azərbaycan Respublikasının ərazi bütövlüyünə, suverenliyinə zidd bəyanatı bir daha müzakirə edilmişdir. Kələntaryan – Lavrovun anti  Azərbaycan düşmən mövqeyinə görə “Lider TV” kanalının Moskva müxbiri Anar Həsənovun cəzalandırılması kəskin pislənilmişdir.  Müxbirin cəzalandırılması Azərbaycanın informasiya blokadasına alınmasına xidmət edir.
KXCP mətbuat xidmətindən verilən məlumata görə, Dağlıq Qarabağ ərazisində anti – terror əməliyyatının aparılmasının vacibliyini  illər öncə vurğulayan KXCP, Mətbuat Şurasının rəhbəri Əflatiun Amaşovun da üzvü olduğu parlamentdə iki ay öncə səsləndirən millət vəkillərinə təşəkkürünü bildirir, rusyönlü və erməniyönlü hakimiyyət  təmsilçisi və tərəfdarlarına  xəbərdarlıq edir. Rusiyanın Azərbaycandan olan təmsilçiləri  Rusiyanın ordeni və medallarına yox, seçicilərinə və Azərbaycan  insanına etibar etsinlər.
Toplantıda, Rusiya təmayüllü orta məktəblərin sayının artması və universitetlərinin filiallarının açılması fonunda bağlanan universitetlərin, litseylərin məsələləri müzakirə edilmişdir. KXCP universitetlərin bağlanmasını hakimiyyətin uğursuz təhsil siyasətinin nəticəsi olduğunu bildirir.    

Xudaferin.eu

        

11:47