KXCP böyük öndər Məmməd Əmin Rəsulzadənin anım törənini keçirəcək

“XUDAFERİN.EU”ya KXCP-nin (Klassik Xalq Cəhbəsi Partiyası) mətbuat xidmətindən daxil olan bilgiyə görə, partiyanın İdarə Heyətinin  növbəti yığıncağı keçirilmişdir. Yığıncaqda, qərarların icra vəziyyəti, ictimai – siyasi vəziyyət, qarşıda duran vəzifələr və cari məsələlər   müzakirə olunmuş,   müvafiq qərarlar qəbul edilmişdir. Toplantıda eyni zamanda qərara alınmışdır ki, KXCP bir partiya olaraq, mütəfiqləri ilə birlikdə böyük öndər,  Azərbaycan Xalq Cümhuriyyətinin banisi Məmməd Əmin Rəsulzadənin doğum günü  münasibəti ilə 31 yanvar 2017-cı ildə saat 15:00-da Bakının Novxanı kəndində onun abidəsi önündə  tədbir keçirəcəkdir. Tədbirdən sonra, Türk Dövlətçilik tarixinin liderlərindən olan Məmməd Əmin Rəsulzadənin doğmalarının məzarları ziyarət ediləcəkdir.

KXCP-nin toplantısında qeyd olunmuşdur ki, “Nardaran işi” adı altında keçirilmiş  kütləvi həbslər və ədalətsiz məhkəmə qərarına etiraz edir, əsassız həbs olunmuşların təcili azad olunmasını tələb edir.

Xudaferin.eu

 

 

11:10