Kurrikulum ləğv edilir, əvəzində...

 

Son zamanlar sosial şəbəkələrdə kurrikulum sisteminin ləğv olunacağı ilə bağlı məlumatlar paylaşılır.

 

Təhsil Nazirliyi məsələ ilə bağlı susssa da təhsil eksperti Əjdər Ağayev açıqlamasında kurrikulum sisteminin ləğvi ilə bağlı ehtimallardan danışıb. Ə.Ağayevin sözlərinə görə “kurrikulum” ifadəsi ləğv oluna bilər, sistem yox: “Kurrikulumun ləğv edilməsi düzgün ifadə deyil. Kurrikulum təhsil proqramları və təhsil prosesinin təşviqat və sənədlərinin cəminin adıdır. Ola bilər ki, kurrikulum adı sıradan çıxarılaraq, təhsil proqramları ifadəsi işlədilsin. Çünki bu anlayış yerli-yersiz işlədilir. Elə ilk gündən bu ifadənin yerli-yersiz işlədilməsinin əleyhinə olmuşam. Nə Ukraynada, nə də ki Rusiyada bu söz var. Azərbaycanda da yeni təlim metodları var, tətbiq edilir”.

Əjdər Ağayevin sözlərinə görə kurrikulum təhsilə heç bir bəhrə verməyib: “Hələlik ki, kurrikulumun ləğvi ilə bağlı məlumatsızam. Tövsiyə edərdim ki, prosesin meydana gətirdiyi yeniliklərdən istifadə edilsin”.
 

Nigar Məhərrəm

Cebhe.info

 

06:45