“Kürdlərin kökəni” kitab çap olunub

 

Kürdlərin kökəni və onların Güney Azərbaycanın bölgələrinə niyə və haradan göndərilmələri, eləcə də son yüz ildə İran adlnan coğrafiyada Türklük və Güney  Azərbaycanın durumu və islamin bu bölgədə izlərini açıqlayan kitab çap olunub.

Kitabin yazarı Güney Azərbaycan kökənli  milli araşdırmacı Rəhim Cavadbəyli sənədlər əsasında son yüzildə baş verən tarixi hadisələrə işıq tutaraq günümüzün ən böyük dartışma qonularından olan  kürdlərin kökəni, onların Güney Azərbaycana olan  köçlər, Türklərin son iki yüz ildəki siyasi çətinlikləri kimi sorulara cavab verilib.

Kitabda toxunulan mövzu çevrəsində kürd  tayfalarının çoxunun Hindistan mənşəli olmaları, həm boy adları ilə geyimləri, biotipoloji formaları, həyat tərzləri incə bir şəkildə araşdırılmışdır. Bu məsələ ilə ilgili olaraq, müəllif elmi qrup halında Hindistan xəritəsində göstərilən bölgələrə yönəlik geniş elmi sahə çalışması aparmışdır.

Rəhim Cavadbəyli bir müəllif kimi apardığı elmi araşdırmalarında onu da qeyd etmişdir ki, Doğu Bilimləri (şərqşünaslıq), özəlliklə Britaniyaya bağlı tarixçilər kürdlərin Hindistan mənşəli olmasını elmi və tarixi faktor kimi həmişə gizli saxlamağa çalışmışlar. Bununla yetinməyərək kürd icmalarından bölgənin dominant toplumu kimi İran, Türkiyə, İraq və Suriyada üstün səviyyəyə qaldırmaq üçün öz strateji hədəfləri qismində istifadə etçməklə etnik quruluşlu böyük münaqişələrə nəzəri zəmin hazırlamışlar.
Çağımızda  “kürd problemi” adı verilən məsələnin nəzəri mənşəyi, bu qəsdən yalan və uyduruk tarix anlayışından qaynaqlanır. Kürd aydınları, bir çox şərqşünasın söylədikləri uyduruk tarixlərə inanaraq, yüzillərlə qardaşcasına yaşadıqları millətlərə nifrət qusmağa başladılar. Bu nifrət püskürmələrin nəticəsində tökülən və axıdılan qardaş qanıdır.

Burada kürdlərin (böyük çoxuluğu) kəsmiklərin (qismən), gilək və mazeni adlanan icmaların (müəyyən bir qismi) və dars dillilərin (orta hesabla yarısı) Hindistandakı tayfalarla eyni kökdən olmaları və çoxunun islamdan sonra Türk Dövlətlərinin qurduqları  bölgələrə köç etmələri faktı da mövcuddur. Belə ki, ortaçağ dönəmində bu toplumlar yeni həyat düzəni adı ilə Türklərin qurmuş olduqları dövlətlərin ərazisinə mühacirət etmişlər. Bütün bunlar Rəhim Cavadbəylinin elmi araşdırmasında tarixi dəlillərlə ortaya qoyulmuşdur. Müəllifin əsərində o da qeyd olunur ki, Türk, kürd, fars, ərəb, kəsmik, gilək, qaraçı və başqa toplumlar fərdi olaraq tam bərabər hüquqlara malikdir. Yaşadığımız bölgədə bərabərhüquqlu və qardaşcasına tolerantlıq düzənində yaşamaq hamımızın əvəzolunmaz insani, dini və milli borcdur.

 

Xudaferin.eu
Güney Azərbaycan, “Təbriz Bürosu”

 

 

09:33