Kürd terrorçuları ilə atışmada iki soydaşımız həlak oldu

 

Güney Azərbaycanın Türkiyə ilə sərhəd bölgəsində yerləşən Urmu vilayətində yerli  sərhədçilərlə aşırı kürd terror təşkilatı olan “PEJAK-ın silahlı qanadı arasında atışma olub. Olay zamanı sərhəddə xidmət edən iki soydaşımız həlak olublar. 

Urmu vilayətinin sərhəd qoşunları komandanı general İzzətullah Rəşidian mətbuata verdiyi açıqlamasında bildirib ki, Urmu sərhəd qoşunlarının patrul dəstəsi sərhəd zolağında patrul xidməti zamanı "PEJAK" terror qruplaşmasının üzvləri ilə qarşılaşıb. Tərəflər arasında baş verən silahlı toqquşmada 2 sərhədçi həlak olub, daha 2 sərhədçi isə yaralanıb. Atışma zamanı bir neçə terrorçunun yaralandığını və hazırda onların təqib olunduğunu deyən general İ.Rəşidian hadisə ilə bağlı araşdırma aparıldığını qeyd edib.

Həlak olan sərhədçilər Məhəmmədrza Firuzi ve Cavad Fərahi Urmu şəhərində dəfn ediliblər. Sərhədçiləri son mənzilə yola salmaq üçün şəhərin mərkəzinə toplaşan sakinlər terroru lənətləyiblər.

Qeyd edək ki, “PEJAK” PKK terror təşkilatının İrandakı qoludur. Bu təşkilatın silahlıları İraq, Türkiyə və İranın sərhədindəki Qəndil dağında gizlənirlər. Son olayla iglili olaraq Güney Azərbaycanın Urmu, Səlmas, Sulduz, Sayınqala, Qoşaçay, Makı, Xoy və başqa şəhərlərində İran mollakratiya rejiminin kürdlərə dəstək verməsinə qarşı etirazlar daha da güclənmişdir. Belə ki, mollakratiya rejimi süni şəkildə “kürd forpostu” yaratmaq üçün Güney Azərbaycan və Türkiyə sərhədləri boyunca İraq, Suriya, Türkiyə və eləcə də İrandakı kürdləri burada yerləşdirmək siyasətini yürüdür. Güney Azərbaycan Milli Hərəkatı daim İran mollakratiya rejimini bu məsələ ilə bağlı xəbərdar etmiş, dəfələrlə etiraz hərəkatlarında bu siyasətə qarşı əhalini də səfərbər etmişdir.

Xudaferin.eu
Güney Azərbaycan, “Urmu Bürosu”

 

19:29