Əkrəm Həsənov: "Borcların ödənişi sistemi Azərbaycanın barbar cəmiyyətindən xəbər verir"

 

Bank məsələləri üzrə ekspertin Ali Məhkəmədə Vergilər Nazirliyinin qanunsuz vergi ödənişi ilə bağlı şikayəti təmin edilib. Məhkəməyə müraciət zərurətinin haradan qaynaqlandığından danışan hüquqşünas deyib ki, bir dəfə hesabından pul çəkərkən ondan 5.91 manat məbləğində vergi tutulub.

 

Ali Məhkəminin hökmü ilə konstitusiyaya zidd olan qanunla bağlı şikayətlərə baxılacaq

Bunu Azərbaycan vətəndaşlarının konstitusiya hüquqlarına və vergi məcəlləsinə zidd hesab edən Əkrəm Həsənov ilin əvvəlində qəbul edilən bu qərara şikayətlə məhkəməyə üz tutub. Birinci, ikinci instansiyalarda şikayəti təmin edilməyən və iddiasının mümkünsüz olduğu bidirilən ekspert bu dəfə Ali Məhkəməyə müraciət edib. Ə.Həsənov deyib ki, mahiyyəti üzrə işə baxılmasa da, bu proses presidentsiz bir haldır. Ali Məhkəminin hökmü ilə konstitusiyaya zidd olan qanunla bağlı şikayətlərə baxılacaq. Ali Məhkəmə hökmünün bank qaydalarında hər hansısa dəyişiklik edə biləcəyinə gəlincə isə ekspert hesab edir ki, bu məsələnin mahiyyəti üzrə baxılmasına qapılar açıldısa, vergi qanunun qanunsuz sayılacağı ehtimalı 5-10 faizdən 50 faizə qalxır.

Demokratik ölkələrdə insanların vergi məsələlərini parlament səviyyəsində və xalqın iradəsinə əsasən müəyyənləşdirildiyini deyən Həsənov Azərbaycanda indiyədək belə bir şeyin olmadığını deyib. Ali Məhkəmənin hökmünü Azərbaycanda ilk təcrübə kimi dəyərləndirən hüquqşünas bunun Azərbaycanın vətəndaş cəmiyyətinin inkişafına xidmət edə biləcəyini bildirib.

Əkrəm Həsənobun fikrincə, məhkəmə vergi qanununda dəyişiklik hökmü versə, indiyədək insanlardan tutulan vergi məbləği qaytarılmalıdır. Son zamanlar Azərbaycanda kredit ödənişləri sahəsində yaşanan böhranla bağlı ekspert Azərbaycanda müflislik institutunun olmadığını diqqətə çatdırıb. O, müflisləşmənin yanlız banklara tətbiq edildiyini bildirib.

Bir çoxlarının ödəmə qabiliyyətində olmadığını deyən Ə.Həsənov qanunvericilikdə nəzərdə tutulmasına baxmayaraq, heç bir fərdin və ya şirkətin özünü müflis elan etməsinə imkanı olmadığını bildirib. Ekspert borcların ödənişi sisteminin Azərbaycanın barbar cəmiyyətindən xəbər verdiyini deyib.

Azərbaycanın Avropda borca görə insanları həbs edən yeganə ölkə olduğunu bildirən Həsənov hesab edir ki, ilk növbədə borcunu ödəyə bilməyənləri borcdan azad etmək lazımdır. Ekspert bankların özlərinin çəkdikləri pulları ört-basdır etmək üçün ödəmə qabiliyyəti olmayanlara borc verib, onlardan yüksək faiz əldə etməklə bu vasitləri geri ödəməyə çalışdıqlarını deyib.

Amerikaninsesi.org

10:05