Kərəm Həsənov 43 milyon borclu qalıb

 

 

Əmlak Məsələləri Dövlət Komitəsi dövlət büdcəsində dövlət əmlakının özəlləşdirilməsindən daxilolmalar proqnozunu icra edə bilməyib. Bu barədə Hesablama Palatasının “2017-ci ilin altı ayı üzrə əsas makroiqtisadi göstəricilərin və büdcə parametrlərinin” təhlilində bildirilir.

Təhlildə qeyd edilir ki, 2017-ci ilin dövlət büdcəsində dövlət əmlakının özəlləşdirilməsindən daxilolmalar 200 milyon manat məbləğində müəyyən edilmişdir. Əmlak Məsələləri Dövlət Komitəsindən daxil olmuş məlumatlara əsasən, 2017-ci ilin 6 ayı üçün özəlləşdirmədən daxilolmalar 95 milyon 380 min manat (illik tapşırığın 47,7%-i) məbləğində nəzərdə tutulmuşdur. 2017-ci ilin 6 ayında dövlət əmlakının özəlləşdirilməsindən daxil olan vəsait 52 milyon 324,4 min manat (illik proqnozun 26,2%-i) təşkil etmişdir, 6 ay üçün müəyyən olunmuş tapşırıq 43 milyon 55,6 min manat və ya 1,8 dəfə az icra olunmuşdur. Bu mənbə üzrə proqnoz göstəricinin ilin sonuna icrasının 55,0-60,0% səviyyəsində olması riski var. 2016-cı ilin 6 ayı üzrə müvafiq göstərici ilə (3 milyon 813,2 min manat) müqayisədə özəlləşdirmədən daxilolmalar 48 milyon 511,2 min manat və ya 13,7 dəfə çox olmuşdur.

Azadliq.info

09:24