Kərkükdəki Türkman soydaşlarımız etiraz hərəkatına başladı

 

Qədim Azərbaycan şəhərində: Hökumət binalarına kürd bayrağı asılmasını Türkman xalqı bunu özünə milli həqarət kimi qəbule dir

İraq Türkman Cəbhəsi təşkilatının təşəbbüsü ilə Kərkük şəhərindəki Şəfa Xəstəxanası qarşısından başlayaraq, qubernatorluq binasının qarşısına qədər şəhərin hər yerində iri miqyaslı mitinqlər keçirilib. Qurumdan verilən açıqlamaya görə, “Quzey İraq Kürdüstan Muxtariyyəti”nin Türkiyədəki AKP hakimiyyəti ilə uzlaşdırdığı anlaşmaları Türkman xalqı heç cürə qəbul edə bilməz. Bu bir milli iradədir.

Qeyd edək ki, İraqdakı Kərkük Vilayət Məclisi şəhərdəki rəsmi qurum və təşkilatlarda İraq bayrağının yanında İraq Kürd Regional Rəhbərliyinin (İKRR) bayrağının asılmasını təsdiq edib. Dünən şəhərdə İKRR bayrağının asılması qərarı 26 kürd üzvün iştirakı ilə toplanan Kərkük Vilayət Məclisində yekdilliklə qəbul olunub. Türkmən və ərəb üzvlər isə toplantını boykot edərək sözügedən səsverməyə qatılmayıb. Kərkük Vilayət Məclisi 9-u türkmən, 6-ı ərəb olmaqla 41 üzvdən ibarətdir. Səsvermədən sonra Məclisdə və meriya binasında İraq bayrağının yanına İKRR bayrağı asılıb. İraq prezidentinin müavini Usame en-Nuceyfi Kərkükdə İKRR bayrağı asılmasının şəhərdəki milli birliyi təhdid edəcəyini bildirib. Kərkükdəki rəsmi qurum və təşkilatlarda İraq bayrağı ilə yanaşı İKRR bayrağının da asılmasının tək tərəfli olaraq qəbul olunandan sonra prezidentin köməkçisi Nuceyfi yazılı açıqlama yayıb. Nuceyfi açıqlamasında "Bu addımı Kərkükdəki milli birliyə zidd görürük və şəhərdəki millətlər arasındakı anlaşma və həmrəylik ruhu ilə ziddiyyət təşkil edir. Tək bir qrupun, yaxud partiyanın iradəsinin qəbul edilməsi və digərlərinin şəhər rəhbərliyindəki iradəsi haqqının üstünə çıxılması qəbul edilməzdir" ifadələrini işlədib. Prezidentin müavini sözügedən qərarın yenidən nəzərdən keçirilməsinə çağırıb.

İraq Türkmən Cəbhəsinin (ITC) lideri Erşat Salihi Kərkükdə İKRR bayrağının hökumət binalarına asılmasının qanuni olmadığını bildirərək; "Qarışıqlığa yol açacaq" deyə xəbərdarlıq edib. İraqın Kərkük şəhərində Səddam rejimi tərəfindən 26 il əvvəl rejimə qarşı çıxdıqları iddiası ilə öldürülən Altunköprülü 100 türkmən üçün təşkil olunan anım mərasimində çıxış edən ITC lideri Salihi Kərkük Vilayət Məclisinin hökumət binalarına İKRR bayrağı asılması qərarına sərt reaksiya göstərib. O, "Kürdüstan bayrağının zorla hökumət binalarına asılması qanuni deyil. Burada qarışıqlığa yol açacaqdır. Qardaşların arasına fitnə salacaq. Bir tərəfdən İŞİD, bir tərəfdən də qubernator Nəcməddin Kərim türkmən coğrafiyası üzərində oyunlar oynayır" deyə bildirib.

Xudaferin.eu
“Orta Doğu Bürosu”

 

 

06:39