Kərkükdə kürd bayraqları endirildi

 

Quzey İraqda beynəlxalq imperializmin dəstəyi ilə yaradıklan qondarma “Kürdüstan Muxtariyyəti”nin bayrağı neçə gün öncə İraq Türkmanlarının ən böyük şəhərlərindən biri olan Kərkükrəsmi binaların üzərində dalğalandırılmasına başlanılmışdı. Son iki gün içində isə bu qondarma muxtariyyətin bayraqları dərhal endirilibdir.

Qeyd edək ki, bu ilin 28 mart tarixində Quzey İraq Türkman bölgələrini öz ərazisi hesab etmək üçün hərəkətə keçən qondarma “İraq Kürdüstan Muxtariyyəti” rejiminin lideri Məsud Bərzani Kərkükdə yerli rəsmi qurumların binaları üzərində İraqın dövlət bayrağı ilə yanaşı, muxtariyyətin rəmzi olan bayraqların asılması yönündə qəralrar vermişdi. Onun belə bir addımı atması ilə yanaşı: “Kimsənin Kürdüstan bayrağını endirmək üçün təzyiqlər göstərməyə gücü çatmaz” tipli açıqlamasına dərhal Türkiyənin bütün siyasi partiyaları və vətəndaş cəmiyyətləri qəzəbli şəkildə reaksiya verdilər. Hakim AKP isə bu addımdan qorxaraq, dərhal “İraq Kürdüstan Muxtariyyəti”nə etiraz səsini ucaltmaq zorunda qaldı.

Xatırladaq ki, Kərkük türkmənlərin dədə-baba yurdudur. Ancaq son yüz ildə oradakı karbohidrogen ehtiyatlarının ən yüksək həddə olması bölgəyə başqa etnik qrupların, o cümlədən kürdlərində köçməsinə səbəb olub. Bu yolla bölgədə etnik tərkib dəyişdirilib. Bəziləri tarixi saxtalaşdıraraq Kərkükü başqa etnik qrupların ərazisi sayır.

Xudaferin.eu
“Orta Doğu Bürosu”

 

06:35