Kərkükdə kürd bayrağı asıla bilməz!

 

Türkiyənin İraqdakı səfiri Fatih Yıldız İraqın Kərkük şəhərində rəsmi binalara İraq Kürd Regional Rəhbərliyi (IKBY) bayrağının vurulmasıyla bağlı İraq Nümayəndələr Məclisində görüş keçirib.

Səfir ictimai media üzərindən paylaşdığı şərhdə bildirib: “İraq Türkmən Cəbhəsilə yanaşı kərküklü ərəb və kürd millət vəkillərilə də görüşdüm. Kərkükdə rəsmi binalara İraq Kürd Regional Rəhbərliyi bayrağının məcburi şəkildə asılmasından duyduğumuz narahatlığı dilə gətirdim. Türkiyə İraqın daxili işlərinə hörmət edir, amma bu vəziyyətə səssiz qala bilməz. İraq konstitusiyasına da zidd olduğu üçün Türkiyə bu məsələni yaxından təqib edəcək.”

Qeyd edək ki, İraq prezidentinin müavini Nuri Maliki də İraq Kürd Regional Rəhbərliyinin bayrağının təktərəfli təsdiqlə Kərkükdə dövlət binalarına asılmasını "konstitusiyadan kənar hərəkət" adlandırıb və deyib: "Kürd bayrağının asılmasıyla İraq konstitusiyası xaricinə çıxmaq Kərkükdə milli həyat prinsipini aşır, şəhər əhalisi arasında riski artırır və qarşıdurmaya səbəb olur. Özündən sərhəd müəyyən etmə, şəhərin statusuyla əlaqədar qanun çıxarma və bu cür hərəkətlərə yol verilə bilməz.”

Xudaferin.eu
Türkiyə, “Ankara Bürosu”

06:06