Kərkükdə gərginlik-İraq Türkmən Cəbhəsinin binasına basqın edildi

 

Türkiyədəki AKP hakimiyyətinin bəlirsiz siyasətinin sonucu olaraq, Quzey İraq Türkman  Eli bölgəsi tamamilə təhdid altındadır. İraqın Kərkük şəhəri ətrafında gərginlik davam edir.

Ötən gün Kərkükdə “İraq Türkmən Cəbhəsi”nin binasına silahlı basqın edilib. Bu barədə məlumatı qurumun rəhbəri Ərşad Salihi verib. Onun sözlərinə görə, İTC-nin Kərkükə bağlı Leylan bölgəsindəki binasına naməlum şəxslər hücum edib. Türkmən liderinin sözlərinə görə, biriləri onları qarşıdurmaya sövq etmək istəyir: “Bu cür hücumlarla bəzi dairələr bizi münaqişəyə təhrik edirlər. Ancaq buna nail olmayacaqlar”.

Ərşad Salihi qondarma “Quzey İraq Kürd Muxtariyyatı”nin başçısı Məsud Bərzaniyə müraciət edərək onu ölkə Ana Yasası və qanunlara əməl etməyə çağırıb.
Qeyd edək ki, İraq Türkman Eli bölgəsində yerli Türkman əhalisi tammailə arxasız qaldığı üçün qondarma “İraq Kürdüstan Muxtariyyatı”na məxsus silahlı quldur dəstələri bölgədən tamamilə Türkman əhalisini dışlamaq taktikasını tutublar. Bu sırada isə onların beynəlxalq qanunlarla hüquqlarını qorumağa sorumlu olan Türkiyədəki AKP rejimi bütün bunları sadəcə seyrçi kimi müşahidə edir. Əşirətçi və qatı dindar olan AKP rejimi dünyanın hansı nöqtəsində bir ərəbin hüquqları tapdalanırsa, dərhal buna nəinki reaksiya verir, hətta zərərçəkmiş ərəblərə humanitar yardım aksiyalarını belə başladır.

Xudaferin.eu
“Orta Doğu Bürosu”

09:36