Kərkükdə bayraq böhranı dərinləşir: “Endirilməyəcək”

 

Kərkükdə asılan kürd bayrağından sonra yaranan siyasi gərginlik daha da artır.

Türkiyənin prezident səviyyəsində məsələyə kəskin etirazından sonra İraq Kürd Muxtariyyatının rəhbəri Məsud Bərzaninin təmsilçisi Adnan Mufti "Kərkükdə Kürdüstan bayrağı qətiyyən endirilməyəcək" deyə bəyanat verib. İraq paytaxtı Bağdada səfər edən Adnan Mufti Kərkükdəki türk bayrağının orda daim qalacağını bildirərək etirazlarən əhəmiyyətsiz olduğunu diqqətə çatdırıb.
Bağdadda bayraq və referendumla bağlı müzakirələr aparacaq Adnan Mufti aşağıdakıları bildirib: "Bayraq qətiyyətlə endirilməyəcək. Bu yöndə bir qərar veriləcəksə, Kərkük Məclisi tərəfindən veriləcək. Qərarı ancaq onlar verə bilər".

Qeyd edək ki, qardaş Türkiyədəki AKP iqtidarının bəlirsiz siyasətinin sonucu olaraq, Quzey İraqdakı “Kürdüstan Muxtariyyəti”nin son zamanlar iştahı daha da artmış və Türkmanlara məxsus bölgələri də qondarma “muxtariyyət”in ərazisinə qatması üçün açıq şəkildə təhdid yolunu seçmişdir. Türkiyənin CHP, MHP-dən ayrılmış qanadları bu rəzalətə kəskin şəkildə etiraz edərək kütləvi şəkildə mitinqlər keçirmişlər. Məhz bu aksiyalaın miqyasının böyüməsindən qorxaraq, geri çəkilmək zorunda qalan AKP iqtidarı və onların lideri Rəcəb Təyyib Ərdoğan  “Quzey İraq “Kürdüstan Muxtariyyəti”nə qarşı bayraq məsələsində kəskin etiraz bəyanatları yaymışlar.

Xəzər

Cebhe.info

 

06:33