Kərkük əldən gedir!

 

Barzani niyyətini açıqladı. Erşat Salihi etirazını bildirdi

 

İraqdakı soydaşlarımızı birləşdirən Türkməneli cəbhəsinin lideri Erşat Salihi bildirib ki, Quzey İraq Kürd Regional İdarəsinin başçısı Məsut Barzaninin sentyabrın 25-də Ərbil, Süleymaniyyə, Dohok rayonları ilə yanaşı, regionun sərhədindən xaricdəki, Kərkük də daxil olmaqla, digər türkmən məntəqələrində keçirməyi planlaşdırdığı müstəqillik referendumundan imtina eləməsi qarşılığında Kərkükün Kürd Regional İdarəsinə tabe olmasını təmin edən, “qanun möhləti bitmiş” 140-cı maddəni yenidən qüvvəyə mindirmək üçün Bağdad mərkəzi hökuməti ilə razılaşmaq üçün fəaliyyətə başlayıb.

Erşat Salihi məsələ ilə bağlı verdiyi açıqlamada Barzaninin bu niyyətini əngəlləmək üçün yeganə çıxış yolunun Kərkükün gələcəyini təminat altına götürəcək xüsusi bir qanunun qəbul edilməsinin gərək olduğunu və bu məsələni İraq məclisi üzvlərinin nəzərinə çatdırdıqlarını deyib.
 

Barzani ailəsinin Kərkükə olan iddiaları nəsildən nəsilə keçir
 

Məsud Bərzaninin atası olan Molla Mustafa Barzani, ilk dəfə 1967-ci ildə İsrailə gedir.

Onu İsrailin müdafiə naziri Moşe Dayan qəbul edir. Molla Mustafa Barzani onu qəbul edən müdafiə nazirinə hədiyyə olaraq “kürd xəncəri” ilə birlikdə Kərkük neftayıtma zavodlarının planlarını da hədiyyə edir. 1969-cu ilin martında aparılan bir əməliyyatda Barzani-Mossad əməkdaşlığı ilə Kərkük neftayırma zavodları bombalanır və yararsız vəziyyətə salınır.

 

Hurriyyet.org

 

10:18