Krımlı Camala “İlin Qadını” ödülünə layiq görüldü

 

2016-cı ildə “Eurovision” yarışmasında Krım Türklərinin sürgününü anladan “1944” mahnısı ilə Ukraynanı təmsil edən krımlı müğənni Camala Ukraynada “İlin Qadını” ödülünü qazanıb. Ünlü müğənni Camala bu ödülü Ukraynanın tanınmış qadın dərgisi olan “Yedinstvennaya”nın keçirdiyi sorğunun sonucu olaraq əldə edib. Sosial media üzərindən qazandığı ödülü paylaşan müğənni, “Yedinstvennaya”dərgisinə və ona qalib olması üçün səs verən insanlara təşəkkür edib.

Bundan başqa, Krım Türkü olan Camala,Ukraynada düzənlənən “YUNA-2017” Musiqi Yarışmasında “Ən Yaxşı Solo Sənətçi” ödülünü alıb. Bununla yanaşı, “Eurovision”da söylədiyi Krım Türklərinin ədalətsiz yerə sürgününü anladan “1944” mahnısı üçün “Ən Yaxşı Mahnı” və Ukraynalı “DahaBraha” qrupuyla söylədiyi “Zaman İli” mahnısı üçün “Ən Yaxşı Düet “olmaq üzrə 3-cü mükafatı almışdır.

Onu da qeyd edək ki, Camala Ukrayna, Türkiyə, Moldova və Azərbaycanda ən çox sevilən çağdaş musiqi ifaçılarından biridir. Bu coğrafi regionlarda yaşayan xaqların birlik və bərabərliyi düzəninə köklənmiş musiqi və mahnıların bir ortamda bütünləşməsi ilə çıxışlar edən Camala mənsub olduğu xalqın, yəni Krım Türklərinin öz tarixi torpaqlarına sahib çıxması düzəninə yönəlik addımlar atır.

Xudaferin.eu
Ukrayna, “Kiyev Bürosu”

06:00