Kopenhagendə “Xocalı Soyqırımı” aksiyası

 

Danimarkanın başkəndində Azərbaycan və Türk diaspor təşkilatları “Xocalı Soyqırımı” ilə bağlı etiraz aksiyası keçiridi

“Xocalı Soyqırımı”nı dünya ictimaiyyətinə tanıtmaq və soyqırımı aktı kimi qəbul etdirmək məqsədilə “Vətən” Cəmiyyəti Danimarkanın paytaxtı Kopenhagenin mərkəzi meydanın etiraz mitinqi təşkil edib. Faciənin 25-ci ildönümünə həsr olunan aksiyada Türkiyənin Danimarkadakı səfiri Mehmet Dönmez, Azərbaycan, Türk, İraq və Suriya Türkmənləri və digər icmaların rəhbərləri, media nümayəndələri iştirak edib.

Azərbaycan himninin səslənməsi və soyqırımı qurbanlarının xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsindən sonra cəmiyyətin sədri Səfər Sadiqi aksiyanın məqsədi və əhəmiyyəti barədə danışıb. Qeyd edib ki, “Xocalı Soyqırımı”ndan 25 il keçməsinə baxmayaraq, beynəlxalq təşkilatlar hələ də bu faciəyə siyasi-hüquqi qiymət verməyib. S.Sadiqi dünya ictimaiyyətini “Xocalı Soyqırımı”na laqeyd qalmamağa çağırıb, kütləvi qırğını törədənlərin məsuliyyətə cəlb olunmasını tələb edib.

Səfir M.Dönmez isə çıxış edərək Xocalı faciəsini insanlığa qarşı törədilmiş cinayət kimi qiymətləndirib. Aksiyada şəhər sakinlərinə və qonaqlara Xocalı soyqırımı, Azərbaycan həqiqətlərini əks etdirən müxtəlif dillərdə bukletlər paylanılıb.

Xudaferin.eu
“Avropa Bürosu”

08:47