Konqresdə postsovet məkanında mətbuat azadlığı üzrə dinləmələr

 

ABŞ Helsinki Komissiyası və Nümayəndələr Palatası çərşənbə günü postsovet dövlətlərində jurnalistlərə sistemli şəkildə hücumlar barədə dinləmələr keçirəcək. Təşkilatçıların sözlərimə görə, postsovet məkanında avtoritar rejimlər jurnalistlərə sistemli şəkildə hücum edərək, mətbuatı qorxutmağa və susdurmağa çalışırlar.
 

Dinləmələrdə Rusiya və digər postsovet ölkələrində jurnalistlərin vəziyyəti ilə bağlı əsas məsələlər: onların rolu və təsiri, onların hüquqları, təhlükəsizliyi və müdafiəsi ilə bağlı problemlər, ATƏT regionunda KİV azadlığına dəstək və onun təşviqi məsələlərinə baxılacaq. Azad Avropa / Azadlıq Radiosunun direktoru Tomas Kentin, Amerikanın Səsi radiosunun direktoru Amand Bennetin, Jurnalistləri Müdafiə Komitəsinin Avropa və Mərkəzi Asiya üzrə proqram koordinatoru Nina Oqnyanovanın, "Exo Moskvı" Vaşinqton müxbiri Karina Orlovanın çıxışları gözlənilir.

Xudaferin.eu
ABŞ, “Vaşinqton Bürosu”

09:50