Kolumbiyada helikopter adamların üzərinə aşıb – VİDEO

Kolumbiyada helikopter qəzasının baş verdiyi yerdə işləyən aviamühəndis bədbəxt hadisə nəticəsində həlak olub.

Xudaferin.eu xəbər verir ki, dumanlı hava şəraitində qəza yerinə başqa bir helikopter yaxınlaşıb.

Mühəndislərdən biri qəzalı helikopterin üzərinə qalxır, digəri isə yerdən ikinci helikopterin pilotuna siqnallar verir.

Anidən pilot idarəetməni itirir və helikopter aşağıda olan mühəndislərin üzərinə aşır.  

İnsident nəticəsində “Helifly” texniki serviz şirkətinin əməkdaşı İvan Andres Londonyu həlak olub. Helikopterin texniki nasazlıq ucbatından yerə çırpıldığı bildirilir.

Xudaferin.eu 

15:04