Kolumbiya prezidenti rüşvət almaqda şübhəli bilinir

Kolumbiyanın Baş Prokurorluğu prezident Manuel Santosun 2014-cü ildə “Odebrecht” şirkətindən 1 milyon dollar rüşvət almaqda şübhəli bilir. 

Xudaferin.eu xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb. 

Ölkənin baş prokuroru bəyan edib ki, bu vəsait Santosun ikinci dəfə prezident seçilməsi kampaniyasına sərf edilə bilərdi. 

Santosun seçkiqabağı kampaniyasının rəhbəri bu ittihamı təkzib edir. 

Xudaferin.eu

18:20