Koalisiya qüvvələrindən gözlənilməz açıqlama - Əməliyyatlar dayandırıldı

ABŞ-ın rəhbərlik etdiyini koalisiya qüvvələri bundan sonra Suriya ordusunun nəzarətində olan bölgələrdə əməliyyatlar keçirməyəcək.

Xudaferin.eu-nun məlumatına görə, Beynəlxalq qüvvələr komandanlığından bildirilib ki, İŞİD terrorçuları Suriya ordusunun nəzarətindəki ərazilərdə rahat şəkildə hərəkət edir:

"Bu bir daha göstərir ki, Dəməşq ya terrorçuları məhv etmək niyyətində deyil, ya da onları öldürməkdə acizdir. Bütün bunlara baxmayaraq, koalisiya qüvvələri həmin ərazilərdə əməliyyatlar aparmaq niyyətində deyil”.

Xudaferin.eu

17:59