Kənd təsərrüfatında yeni sığorta növü tətbiq ediləcək

Azərbaycanda yeni sığorta növlərinin tətbiqi nəzərdə tutulur.

Xudaferin.eu xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Maliyyə Bazarlarına Nəzarət Palatasının baş icraçı direktoru İbrahim Alışov deyib.

O bildirib ki, dörd prioritet istiqamət var ki, bunlar da Azərbaycan üçün yeni olan sığorta növləri - mikrosığorta, müştərək sığorta, icbari tibbi sığorta və kənd təsərrüfatı sığortası ilə bağlıdır:

“Bu istiqamətdə Nəzarət Palatası bazarın diaqnostikasını aparıb və ayrı-ayrı seqmentlər üzrə müvafiq addımlar atır. Xüsusilə, Azərbaycan iqtisadiyyatı, o cümlədən qeyri-neft sektorunun inkişafında önəmli yer tutan kənd təsərrüfatı sığortasına dair iş aparılır”.  

Xudaferin.eu

12:46