Kəlbəcərdə qızıl mədənində partlayış baş verdi

Ermənilər tərəfindən qanunsuz istismar edilən Kəlbəcər rayonunun Heyvalı kəndindəki (Drombon) dağ mədənində partlayış nəticəsində yanğın baş verib. 

Xudaferin.eu-nun məlumatına görə, hadisə yerinə xeyli sayda yanğınsöndürən, hərbi qulluqçular  və xilasedicilər cəlb edilib. 

Bildirilir ki, yanğının güclü olması səbəbindən uzun müddət mədənlərə yaxınlaşmaq mümkün olmayıb.

Yaralıların bəzilərinin Xankəndi xəstəxanasına təxliyyə edildiyi bildirilir. Hələlik ölənlər barədə rəsmi məlumat verilməyib. 

O da məlum olub ki, yanğın tam söndürüldükdən və partlayışın fəsadları aradan qaldırıldıqdan sonra əraziyə qondarma “DQR” rəhbərliyinin gəlişi gözlənilir. 

Qeyd edək ki, ermənilər işğal etdikləri Kəlbəcər rayonunun Heyvalı kəndi yaxınlığında yerləşən mis və qızıl yatağının kəşfiyyat və istismarı məqsədilə 2003-cü ildən “Base Metals” adlı şirkət yaradıblar.

Xudaferin.eu

23:39