Kiyevin mərkəzində partlayış olub – FOTO

Kiyevin mərkəzində dünən gecə partlayış olub.

Xudaferin.eu Report-a istinadən xəbər verir ki, partlayış dalğası binanın restoranlar və bank yerləşən birinci mərtəbəsində şüşələri çilik-çilik edib.

Partlayış yerinin yaxınlığında olan avtomobil parkındakı avtomobillərin də şüşələri qırıq-qırıq olub.

Partlayış yerində hüquq-mühafizə orqanları işləyir. Hələlik xəsarət alanlar barədə məlumat yoxdur. 

Xudaferin.eu

13:56