Kiyevin mərkəzində Müslüm Maqomayevin heykəli ucaldılacaq

 

Ukraynanın paytaxtı Kiyev şəhərinin mərkəzində dünya şöhrətli opera və estrada müğənnisi, bəstəkar, xalq artisti Müslüm Maqomayevin adını daşıyacaq park salınacaq.

Azərbaycanın Ukraynadakı səfirliyinin təşəbbüsü və dəstəyi ilə Kiyev şəhərinin mərkəzi ərazisində, Seçovıx Strelçov küçəsində salınacaq parkda tikintiyə başlamaq üçün Kiyev Şəhər Administrasiyasının rəsmi icazəsi alınıb. Kiyev Şəhər Administrasiyasının Parklar İdarəsi bununla əlaqədar qərar çıxarıb. Parkda Müslüm Maqomayevin 6 metrdən artıq hündürlüyündə heykəli qoyulacaq. Heykəlin müəllifi tanınmış heykəltəraş, Ukraynanın xalq rəssamı Seyfəddin Qurbanovdur. Parkın açılışının oktyabrın sonlarında olacağı gözlənilir.

Xudaferin.eu
Ukrayna, “Kiyev Bürosu”

 

 

09:46