KİV-lərin üzləşdiyi ən böyük problem saxta xəbərlərə qarşı mübarizədir

 

İctimai, özəl və federal hökümət tərəfindən maliyyələşdirilən mətbuat orqanları jurnalistika səhəsində bir çox çətinliklərin mövcud olduğu barədə xəbər verir. Bu çətinliklərdən biri də saxta xəbərlərə qarşı mübarizə aparmaqdır. Dünya Mətbuat Gününü qeyd etmək məqsədilə ABŞ-ın Yayım Şurası ilə Corc Vaşiinqton Universitetinin Media və İctimaiyyətlə Əlaqələr Məktəbi ABŞ-ın mətbuat azadlığı və jurnalistlərin təhlükəsizliyini qoruyan beynəlxalq jurnalistlərinin vacibliyi ilə bağlı forum keçiriblər.

Müstəbid rejimlərdən tutmuş bizim demokratiya olaraq gördüyümüz ölkələrdə informasiya axına nəzarət hökümətin əsas alətinə çevrilib. Bu isə həmin ölkələrdən məlumat toplamağı çətinləşdirib və hətta təhlükəli hala çevirib. Forum iştirakçıları doğru informasiyaya olan ehtiyacı və bəzi hökümətlərin bu informasiyaya çıxışı məhdudlaşdırmaq səylərini müzakirə ediblər.

“Müstəbid rejimlərdən tutmuş bizim demokratiya olaraq gördüyümüz ölkələrdə informasiya axına nəzarət hökümətin əsas alətinə çevrilib. Bu isə həmin ölkələrdən məlumat toplamağı çətinləşdirib və hətta təhlükəli hala çevirib”, deyə Milli İctimai Radio NPR-ın xəbər və redaksiya direktoru Maykl Oreskes bildirib.

ABŞ-ın Yayım Şurasının rəhbəri Con Lansinq isə deyir ki, getdikcə “informasiyanın silahlanması” halı baş verir.

“Rusiyada baş verənlərlə Kremldən çıxan məlumata nəzər saldığımızda, onların söylədiklərinin saxta olduğunu görürük. Onlar empirik faktrlaı ortadan qaldıracaq strategiya yaratmaq istəyirlər. Bu cür rejimlər faktlara meydan oxuyur və biz indi Türkiyədə də bunun şahidi oluruq”, o deyib.

Ötən həftə Sərhədsiz Reportyorlar təşkilatı 2017-ci il üçün dünya mətbuat azadlığı indeksini açıqlayıb. 180 ölkə arasında Rusiya 148-ci yerdədir. Qrupun bildirdiyinə görə, 2012-ci ildən bəri aparıcı müstə1il KİV-lər ya hökümətin nəzarətinin altına keçib ya da fəaliyyətlərini dayandırıb. Türkiyə isə bu il 4 yer geriliyərək indeksdə 155-ci yeri tutub.

Freedom House təşkilatı dünya boyu mətbuat azadlığının son 13 ildə ən aşağı səviyyədə olduğunu bildirir. Bunun səbəblərindən biri böyük demokratiyalarda jurnalistlər və mətbuat orqanlarının üzləşdiyi yeni təhlükələrdir. Rusiyada baş verənlərlə Kremldən çıxan məlumata nəzər saldığımızda, onların söylədiklərinin saxta olduğunu görürük. Onlar empirik faktrlaı ortadan qaldıracaq strategiya yaratmaq istəyirlər. Bu cür rejimlər faktlara meydan oxuyur və biz indi Türkiyədə də bunun şahidi oluruq.

“Problem təkcə dünya barədə məlumatları Amerikaya çatdırmaqda deyil, indi artıq buradakı mühit Amerikada baş verənləri də dünyaya çatdırmağı çətinləşdirib. Buna səbəb isə təkcə qanun və ya təhlükələr deyil, mətbuata olan hörmətdir”, CNN-in qlobal məsələlər üzrə müxbiri Elis Labot bildirib.

Prezident Donald Tramp medianı “Amerika xalqının düşməni” adlandırıb və ABŞ-ın bəzi media orqanlarını “saxta xəbər” yaymaqda ittiham edib. Sərhədsiz Reportyorlar bildirir ki, Trampın mediaya qarşı səsləndirdiyi ağır tənqidlər digər dünya liderlərini öz KİV-lərinə qarşı pis rəftar etməyə cəsarətləndirir. “Amerikanın Səsi” radisonun neytral qalaraq, Tramp administrasiyasının ruporuna çevrilməməsi ilə bağlı suala cavab olaraq Lansinq deyib ki, “Amerikanın Səsi”nin Xartiyasına əsasən bu, qeyri-qanunidir.

Amerikaninsesi.org

10:33