Kiprdə biznes mərkəzində partlayış

Partlayış Kiprdə Limasol şəhərinin mərkəzində yerləşən binada baş verib, hadisəyə səbəb partlayıcı qurğunun işə salınması istisna edilmir.

Xudaferin.eu xəbər verir ki, bu barədə Kipr KİV-i məlumat yayıb.  

“Partlayış saat 7:45-də (Bakı vaxtı ilə saat 8:45) Limasolda Üçüncü Makarios prospektində baş verib, hadisə yerinə yanğınsöndürən və polis cəlb edilib.

Polisin məlumatına görə, yaranan yanğının nəticəsində rayonda yol bağlanıb, yanğınsöndürənlər alovu söndürməyə çalışırlar”, - Kipr xəbər agentliyi məlumat yayıb. 

“Siqma” telekanalının məlumatına görə, partlayış ofis və mağazaların yerləşdiyi altımərtəbəli binada baş verib.

Yanğın binanın birinci mərtəbəsinə ziyan vurub. 

Baş verən hadisənin səbəbləri aydın deyil, zərərçəkənlər haqqında məlumat yoxdur. 

Xudaferin.eu

13:37