Kipr də rusiyalı milyarderlərin hesabını dondurdu

Kipr rusiyalı milyarderlərin hesablarını dondurub. 

Xudaferin.eu-nun Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, müvafiq qərar ABŞ Maliyyə Nazirlyinin israrlı tələblərindən sonra qəbul olunub. 

Nəticədə ABŞ sanksiyalarına məruz qalan Oleq Deripaska və Viktor Vekselberqin bank hesabları dondurulub. 

ABŞ Maliyyə Nazirliyinin hesabatında qeyd olunur ki, ABŞ ilk növbədə Rusiyanın böyük maliyyə axınlarının keçdiyi ölkələrlə, o cümlədən Böyük Britaniya, Kipr və Latviya ilə işləyir.  

Xudaferin.eu

00:04