Kinoteatrlarda tamaşaçıların reaksiyasını qeydə alan sistem hazırlanıb

 

 

Amerikanın “The Walt Disney” şirkətinin mütəxəssisləri tamaşaçıların üz ifadəsinin tanınması texnologiyasını sınaqdan keçiriblər.

“FVAEs” adlı yeni sistem gülməyə, nəfəs almağa və hətta kədərli üz ifadəsinə reaksiya verir. Texnologiya sensorlarla təchiz edilmiş 4 xüsusi kameranın köməyi ilə tamaşaçıların emosiyalarını tanıyır. Sistem tamaşaçıların filmin süjetinə uyğun hisslər keçirib-keçirmədiklərini müəyyənləşdirməyə imkan verir. Layihə artıq 150 kinozalda “The Walt Disney”in 9 filminin nümayişi zamanı sınaqdan keçirilib. Kameralar 16 milyondan çox emosiyanı qeydə alıb.

Xudaferin.eu
ABŞ, “Vaşinqton Bürosu”

10:07