Kim Çenin odla oyunu: Quzey Kore dənizə 3 yaxın mənzilli ballistik raket atdı

 

Güney Korenin hərbi rəhbərliyi Şimali Koreyanın raket atdığını bildirib. Quzey Kore tərəfindən atılan raketlərin 155 kilometr məsafə qət elədikdən sonra dənizə düşdüyü bildirilir. Cənubi Koreyanın “Yonhap” informasiya agentliyi atılan raketlərin qısa mənzilli ballistik raket ola biləcəyini yazıb.

Üç raket atılıb

ABŞ-ın Sakit okean komandanlığı da Quzey Korenin üç ədəd qısa mənzilli raket atdığını qeydə aldıqları xəbərini verib. “Sputnik”in verdiyi xəbərə görə, bu, Şimali Koreyanın cari ildəki 13-cü raket sınağı olub.

Əmri Kim Çen verib

 

ABŞ ilə nüvə gərginliyinin davam elədiyi Quzey Koredə rəsmi media çərşənbə günü Quzey Kore lideri Kim Çenin qitələrarası ballistik raketlərdə istifadə eləmək üçün qatı yanacaq mühərriki və raket başlığı istehsalatının artırılması üçün əmr verdiyi barədə məlumat vermişdi. Quzey Kore mətbuatında yayılan fotolarda Pxenyanın “Pukguksong-3” adlı yeni bir ballistik raket hazırlandığı bəyan edilmişdi.

 

Xudaferin.eu
“Uzaq Doğu Bürosu”

 

12:34