Keniyada milyonlarla insan quraqlıqdan əziyyət çəkir

 

Keniyada 3 milyondan çox insan quraqlıqdan əziyyət çəkir. Ölkənin böyük hissəsində quraqlıq səbəbindən içməli su qaynaqları quruyub. Birləşmiş Millətlər Təşkilatı bununla bağlı hesabat yayıb.

Hesabatda qeyd olunub ki, içməli su olmadığından insanlar çirkli sulardan istifadə edirlər və bu, artıq beş yaşından aşağı uşaqlar arasında yoluxucu xəstəliklərin yayılmasına səbəb olub.
P. S. Qeyd edək ki, bu zəngin Afrika ölkəsində davamlı şəkildə bu problemlərin gündəmə gəlməsinin əsil səbəbi diktatura rejiminin uzun illərdir davam etməsidir. Ölkəni avtoritar sistemlə idarə edən yerli oliqarxların heç biri əllərindəki milyonları ölkənin rifahı naminə istifadə etmirlər. Onların bütün varidatları xarici dövlətlərin banklarında saxlanılır. Onlar əllərindəki sərmayələri başqa ölkələrdə yatırırlar. Buna görə də Keniya daim əzab-əziyyət içində olan ölkələr siyahısında ilk yerlərdən birini tutur.

Xudaferin.eu
“Orta Doğu Bürosu”

 

11:19