Keloğlan Masalları Müziklinin interaktiv müzikl-tamaşası təqdim olunacaq

 

 

Respublika Sarayında Ankara teatrının iştirakı ilə Keloğlan Masalları Müzikli-2 “Uzun-Huysuz Kosmosda” yeni interaktiv müzikl-tamaşa təqdim olunacaq.

Sarayın mətbuat xidmətindən bildirilib ki, türk cizgi filmindən səhnəyə uyğunlaşdırılan, musiqisi və ssenarisi peşəkar qrup tərəfindən hazırlanan və yüz minlərlə tamaşaçının rəğbətini qazanan Keloğlan Masalları Müziklinin yeni “Uzun-Huysuz Kosmosda” müzikl-tamaşası oktyabrın 22-də uşaqların ixtiyarına veriləcək. Yalnız bir gün və iki seans olacaq müzikl-tamaşa mahnıları, rəqsləri, qəhrəmanları, həyəcanverici mövzusu ilə uşaqlara və həmçinin böyüklərə möhtəşəm əyləncə vəd edir. Biletləri iticket.az saytından onlayn, şəhərin kassalarından, “ASAN xidmət” mərkəzlərindən, “Gənclik Mall” və “28 Mall” ticarət mərkəzlərindəki kassalardan əldə etmək olar.

Xudaferin.eu

09:18