Keçən il Rusiyada 20 terror aktının qarşısı alınıb

Keçən il Rusiyada 20 terror aktının hazırlıq mərhələsində qarşısı alınıb.

Rusiya Milli Antiterror Komitəsinin (MAK) aparat rəhbərinin birinci müavini İqor Kulyaqin bu məlumatı Rusiya Xarici İşlər Nazirliyində keçirilən mətbuat konfransında elan edib.

Xudaferin.eu xəbər verir ki, İ.Kulyaqinin sözlərinə görə, 2018-ci ildə Rusiyada terroryönümlü 36 cinayətin, o cümlədən 20 terror aktının hazırlıq mərhələsində qarşısı alınıb, 69 bandit zərərsizləşdirilib, 37cinayətkar dəstənin başçısı, 257 bandit və onların 622 əlaltısı saxlanılıb. Son beş ildə Rusiyada törədilmiş terroryönümlü cinayətlərin sayı 24 dəfə azalıb. Terrorizmdə və ekstremizmdə əli olmaqda şübhə doğuran 10 mindən çox əcnəbinin adları Rusiyaya gəlişi qadağan olunmuş şəxslərin siyahılarına daxil edilib, 64 mindən çox internet resursunda terrorçuluq və ekstremizm xarakterli informasiyanın yayılmasına son qoymaq mümkün olub.

Xudaferin.eu

17:25