“Kaşğardan son Batı sınırınadək türk şəhərləri”

 

Türk Dünyası Mühəndislər və Memarlar Birliyinin layihəsi bu dəfə Türküstanda baş tutacaq

Oktyabrın 9-da Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı - TÜRKSOY və Türk Dünyası Mühəndislər və Memarlar Birliyi (TDMMB) arasında əməkdaşlıq çərçivəsində görüş təşkil edildi.

 

TÜRKSOY-un qərargahında baş tutan tədbirə qurumun baş katibi Düsen Kaseinov, müavini Fırat Purtaş, TDMMB-nin baş katibi İlyas Demirçi və digər təmsilçilər qatılmışdı.

Toplantıda türk-islam mədəniyyətləri və sivilizasiyalarının dərin izləri olan şəhərlərin tarixi, mənəvi dəyərləri, memarlıq, sənət və ədəbiyyatını elmi cəhətdən dəyərləndirərək bütün bunları gündəmə gətirmək məqsədilə “Türk şəhərləri simpoziumu” və bu çərçivədə “Kaşğardan son Batı sınırınadək türk şəhərləri” - “Şəhrəngiz layihəsi”nin təşkili ilə bağlı müzakirələr aparıldı.

Müzakirələrdən sonra tədbirlərin 7-11 noyabr tarixində 2017-ci ilin “Türk Dünyasının kültür başkəndi” olan Türküstan şəhərində (Qazaxıstan) keçirilməsi qərara alındı. İlyas Demirçi rəhbərlik etdiyi təşkilatın TÜRKSOY-la əməkdaşlığının önəmini vurğulayaraq bundan məmnunluğunu ifadə etdi.

Xudaferin.eu
Türkiyə, “Ankara Bürosu”

09:34