Karikaturaçı rəssamımızın növbəti uğuru

Tanınmış karikatura ustası Seyran Cəfərli birinci “Beynəlxalq Qlobal Online” karikatura yarışmasının münsiflər heyəti tərkibində yer alıb. Türkiyənin başkəndi Ankarada keçirilən yarışmaya 65 ölkədən 800-dən çox karikaturaçının 2500 əsəri təqdim olunub. Təqdimetmə mərasimində çıxış edən Seyran Cəfərli belə tədbirlərin keçirilməsinin dünya, o cümlədən Türkiyə və Azərbaycan arasındakı mədəni əlaqələrin inkişafında böyük rol oynadığını bildirib. Qarşılıqlı iş birliyinin qurulması baxımından belə yarışmaların xüsusi önəmini vurğulayıb.

Mərasimdə həmyerlimiz yarışın birincilik mükafatını qazanmış Aşkın Ayrançıoğlunun mükafatını təqdim edib. Qeyd edək ki, karikatura ustamızın ötən ay Türkiyənin Adana şəhərində Çukurova bələdiyyəsinin təşəbbüsü ilə 30 əsərdən ibarət fərdi sərgisi açılıb.

Xudaferin.eu

12:23