Kambocanın sürgündə olan lideri qiyabi olaraq azadlıqdan məhrum edilib

Kambocanın müxalifət lideri Sam Rainsi facebookdakı öz səhifəsində Kambocanın Vyetnamla sərhədinin qanuniliyi ilə bağlı suallar qaldıran yazısına görə çərşənbə günü qiyabi olaraq beş illik həbs cəzasına məhkum edilib.

Rainsi sosial media komandasının iki üzvü ilə bərabər saxtalaşdırılmış 1979-cu il sərhəd sazişini paylaşmaqda ittiham olunub. Saxta saziş Vyetnam və Kambocanın ikitərəfli sərhədin ləğv edilməsilə bağlı razılaşdıqlarını göstərir.
Rainsinin vəkili onun köməkçilərinin səhv tərcümə edilən sənədi internetdə tapdıqlarını və onun saxta olduğunu bilmədiklərini iddia edib.
Rainsi siyasi motiv daşıyan diffamasiya hökmündən yayınmaq məqsədilə 2015-ci ildən bəri Fransada yaşayır.
Qeyd edək ki, Sam Rainsi Kamboca milli liberal siyasətçilərinin lideri sayılır. O, eyni zamanda Kamboca Milli Qurtuluş Partiyasının sədridir. Onun əsas strateji hədəfi isə, Kambocanın Vyetnama birləşməsinə qarşı olmasıdır. 2013-2014-cü illərdə Vyetnamda hakimiyyət əleyhində ixtişaşların və etiraz hərəkatını idarə edib. O, eyni zamanda Vyetnamda antikommunist hərəkatının parlaq nümayəndəsi hesab olunur.   

Xudaferin.eu

12:19