Kaliforniyada təcili təxliyə elan edilib

ABŞ-ın yerli hakimiyyəti Kaliforniyanın Orovill gölündə yerləşən, ölkədə ən böyük hesab edilən dambalardan birində baş verən çatla əlaqədar yaxın rayonların sakinlərini təcili təxliyəyə çağırıb.

Xudaferin.eu RİA Novosti-yə istinadən xəbər verir ki, bu barədə “Associated Press” agentliyi məlumat yayıb. 

Mütəxəssislərin dəyərləndirmələrinə görə, su daşması bir saat ərzində baş verə bilər, ona görə də rayon sakinləri dərhal təxliyə edilməlidir. 

Güclü yağışlarla əlaqədar Orovill gölünün suyu çoxalıb. Bir həftə öncə yoxlama nəticəsində dambada 60x9 metr ölçülü çat aşkar edilib, çat getdikcə böyüyür. 

Xudaferin.eu

14:37