Jurnalistin cinayət işi məhkəməyə göndərilib

 

“Kanal 13” internet televiziyasının Bakı bürosunun rəhbəri Əziz Orucov barəsində olan cinayət işi yekunlaşdırılaraq məhkəməyə göndərilib. Bu barədə vəkil Cavad Cavadov məlumat verib.

Onun sözlərinə görə, işə yaxın günlərdə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılacaq.

“Kanal 13" İnternet Telerviziyasının Bakı bürosunun rəhbəri Əziz Orucova mayın 2-də Nəsimi Rayon Məhkəməsinin qərarı ilə 30 sutka inzibatı həbs cəzası verilib. O, İnzibati Xətalar Məcəlləsinin 535.1-ci (polisə müqavimət) maddəsi ilə ittiham edilib. Ə.Orucovun inzibati cəzası başa çatan gün - iyunun 1-də ona cinayət ittihamı irəli sürülüb. Baş Prokurorluğun Ağır Cinayətlərə dair İşlər üzrə İstintaq İdarəsində Ə.Orucov barəsində Cinayət Məcəlləsinin 192.2.2-ci (qanunsuz sahibkarlıq) və 308-ci (vəzifə saxtakarlığı) maddələri ilə cinayət işi açılıb. Orucov ittihamları qəbul etmir, sifariş hesab edir.

Amerikaninsesi.org

10:07