Jurnalist Əziz Orucovun işi üzrə məhkəmə prosesi başlayır

 

Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Mirzə Xankişiyevin sədrliyi ilə jurnalistin işi üzrə hazırlıq iclası sentyabrın 27-nə təyin edilib. Bu barədə vəkil Elçin Sadıqov bildirib.

Müdafiə tərəfi cinayət təqibini əsassız hesab edir və bəraətverici əsaslarla işə xitam verilməsinə nail olmaq niyyətindədir.

Orucov mayın 2-də polisə tabe olmamaq ittihamı ilə inzibati qaydada 30 gün müddətinə həbs edilib. Bu müddət başa çatdıqdan sonra ona qarşı CM-in 192.2.2 (böyük gəlir əldə etməklə qanunsuz sahibkarlıq) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə, ağır nəticələrə səbəb olduqda) maddələri ilə cinayət ittihamları irəli sürülüb. Orucova qarşı iş 2014-cü ilin yazında onlarla QHT-yə qarşı başlamış ümumi işdən ayrıca icraata ayrılıb.

Jurnalist ittihamları təkzib edib. Hüquq müdafiəçiləri onu siyasi məhbus kimi tanıyıblar.

TURAN IA

09:27