“Jizel” baleti Vladivostokda azərbaycanlı xoreoqrafın quruluşunda təqdim ediləcək

 

Fevralın 10-da Sankt-Peterburq Dövlət Akademik Mariya Teatrının Primorsk səhnəsində Adolf Adanın “Jizel” baleti nümayiş etdiriləcək. Səhnə əsərinin quruluşçu baletmeysteri Eldar Əliyevdir.
Bakıda anadan olan E.Əliyev Bakı Xoreoqrafiya Məktəbini bitirib, 1979-1992-ci illərdə Mariya Teatrının aparıcı solisti olub. Sonralar ABŞ-ın “Ballet Internationale” truppasına rəhbərlik edib. Praqa, Seul, Nyu-York və Pekində keçirilən beynəlxalq balet müsabiqələrinin münsiflər heyətinə daxildir. E.Əliyev 2016-cı ildə Rusiya Dövlət Akademik Mariya Teatrının Primorsk səhnəsinin baş baletmeysteri təyin edilib. O, həmçinin Çin Xalq Respublikası Şenyan Dövlət Konservatoriyasının fəxri professorudur.

Mariya Teatrının Primorsk səhnəsi Uzaq Şərqdə ən müasir və Rusiyanın ən gənc teatrlarından biridir.

Xudaferin.eu

10:01