İzmirdə partlayış - 2 şəhid, 11 yararlı var - VİDEO

İzmirdə törədilən terror aktı zamanı 1-i polis olmaqla 2 nəfər şəhid olub. Aralarında asayiş keşikçilərinin də olduğu 11-dən çox insan yaralanıb.

Yaralılardan birinin vəziyyəti ağır qiymətləndirilir.

17:50

İzmirdə törədilən terror aktı zamanı 10-dan çox insan yaralanıb.

Bu barədə “milliyet” qəzeti məlumat yayıb. “Anadolu” agentliyi məhkəmə binasının 3 terrorçu tərəfindən hədəfə alındığını yazır. Partlayışdan sonra onlardan ikisi zərərsizləşdirilib. Digərinin zərərsizləşdirilməsi istiqamətində axtarışlar davam edir. 

17:28

İzmir şəhərindəki partlayış məhkəmə binasının girişində qeydə alınıb.

Bu barədə “CNN Türk” məlumat yayıb. Bildirilir ki, terror aktı zamanı 3 nəfər yaralanıb. Hücum partlayıcı dolu avtomobilin havaya uçurulmasıyla təşkil olunub. Bildirilir ki, hücumu təşkil edən terrorçu polislər tərəfindən zərərsizləşdirilib.  

17:20

Türkiyənin İzmir şəhərində partlayış baş verib.

Partlayış Ədliyyə binasının yaxınlığında qeydə alınıb. Hadisə yerində avtomobilin yandığı müşahidə olunur. Əraziyə xeyli sayda təcili-yardım briqadaları cəlb olunub. Hadisənin səbəbləri araşdırılır.

Xudaferin.eu

19:52