İtaliya: ən təhlükəli və ən çox axtarılan beş cinayətkardan biri tutulub

 

İtaliyanın hüquq mühafizə orqanları “Ndraqeta” mafiyasının Kalabriya klanının 1994-cü ildə qaçıb aradan çıxmış başçılarından birini həbs edib.

Cüzeppe Corci ölkədə ən təhlükəli və ən çox axtarılan beş cinayətkarın siyahısına daxildir. Hətta onun barəsində axtarışın aparılması üzrə xüsusi proqram hazırlanmışdı.

Əlli altı yaşlı Cüzeppeni bu gün səhər İtaliyanın ən ucqar şəhərlərindən birində yerləşən şəxsi evində tutmaq mümkün olub. Reco-di-Kalabriya vilayətində aparılan əməliyyata karabinyerlərin helikopterləri də cəlb edilib.

Bütün bu 23 ildə Almaniyanın Duysburq şəhərində gizləndiyi ehtimal edilən Cüzeppe Corci beynəlxalq narkotik ticarəti və cinayətkar qruplaşma yaratmaq ittihamı üzrə 29 ilə yaxın həbs cəzası çəkməlidir.

Xudaferin.eu
“Avropa Bürosu”

11:18