İsveçrədəki “HAYIR” kampaniyası bütün Avropanı ağuşuna aldı

Almaniyanın ən çox oxunan qəzetlərindən biri kimi tanınan “BLİCK.CH” qəzeti və sosial şəbəkələri daxil olmaqla 105 milyonluq oxucuya malik bu mətbu orqanının gündəmə gətirdiyi “Türkiyədə yapılan 16 aprel referendumu diktatorluğa açılan yoldur” yazısı çox böyük coşqu ilə qarşılanmışdır.

Ərdoğanın diktatorluğuna “HAYIR”

“BLİCK.CH” qəzetinin araşdırmasına görə, İsveçrədə yaşayan Türk icmaları belə bir qənaətə gəliblər ki: “Kim öz ölkəsində diktatura rejiminin yapısını istəyirsə, buyursun yapsın. İsveçərədə yaşayan biz Türklər üçün diktator rejimi altında yaşamaq deyil, azadlıq və hüquq dövlətinin tərəfdarıyıq. Ona  görə də Türkiyədə, istərsə də Avropada yaşayan bütün soydaşlarımıza mürciət edərək bildiririk ki, belə şərti qəbul etməyin. 16 aprel tarixində referendumla bağlı səsvermədə bütün Türkləri HAYIR deməyə dəvət edirik. Bu, həm də AKP lideri Rəcəb Tayyib Ərdoğanın hüdudsuz səlahiyyətlər əldə etməsinin qarşısının alınması deməkdir”.  
İsveçrə Türk Federasiyonu təşkilatının müraciətində daha sonra bunlar ifadə olunub: “İsveçrədə yaşayan sevgili Türklər!!! 16 aprel tarixində cümhur başqanımız Tayyib Ərdoğanın hüquq və səlahiyyətlərini diktatorial bir səviyyədə ortaya qoya biləcək referendum üçün sandıqbaşına getməyiniz bir şərtdir. Ancaq, verəcəyiniz səs əsas məsələdir. Diktatura rejiminin qurulmasına “ƏVƏT”-mi, “HAYIR”-mı deməyiniz bu ölkənin müqəddaratını həll edəcək. Yurd dışında 3 milyondan çox Türkiyə vətəndaşı yaşayır. Onların hər biri səsvermə zamanı verəcəyi səsi ilə birlikdə həm də Türkiyənin yeni dönəm siyasətinə baxışlarının hansı bucaqdan olmasını təsdiq edəcəkdir. Bundan əlavə, İsveçrənin özündə bir seçim yarışı yaşanır. İsveçrə dünyada tək özgür dövlətdir. Burada hər kəs sonradan avantajlı bir durumla qarşılaşmadan, kimsə öz işini itirmək təhlükəsi, ya da gözaltına alınaraq işgəncələr yapılmadan öz düşüncəsini söyləyə bilir. Hökuməti təhlil edə, qüsurlarını açıq və səmimi şəkildə ifadə etmək hüququndan məhrum olunmur. O da bəllidir ki, qadınlar və kişilər, xristianlar və xristian olmayanlar, hökumət yalnısı olanlar və müxalifət tərəfdarları kimi tanınanlar bərabər hüquqludurlar.  İsveçrənin dövlət olaraq təməlində duran dəyərlər bizim üçün qutsaldır. Öz dəyərlərimizi kimsənin ümidinə bağlamır və onlarınb verəcəyi qərarlara, hökmlərə bağlamırıq. Məhz  bundan sonra taleyimiz necə olacaq, deyə hayqırmırıq.
İsveçrədə bizimlə birgə yaşamaq istəyən bütün insanlardan gözləntilərimiz var. Və təbii olaraq, sizlərdən də İsveçrədə yaşayan sevgili Türklər. Burada yaşayan hər kəs dəyərlərimizə sayğı göstərməli, yararlandığı özgürlüyü və gücünün iradəsi ilə addım atmağı nümayiş etdirməlidir. Hər kəs üçün bərabər, özgür düşüncə hüququ bir şərtdir. Qeyd etdiyimiz bütün özgürlüklər referenduma əlavə edilmiş qanun maddələrinin sayəsində ölkəmizdə bir anlıq yox ediləcəkdir. Bunları istəyib, istəməmək gerçəkdən Türkiyədə yaşayan insanların qərarına bağlıdır. İsveçrədə yaşayan biz Türklər üçün bu şərtlər qəbul oluna bilməz. Buradakı özgürlük və hüquq dövlətinin qanunlarından faydalanıb bunların öz dövlətimizdə də tətbiq olunmasını istəyirik. Kim ki, ölkəmizdə diktatura tərəfdarıdır, buyursun referendumda yer alan yeni qanunlara səs versin. Amma, öz ölkəsində o diktatorial yapı ilə yaşamaq şərti ilə. Buna görə də “BLICK” İsveçrədə yaşayan bütün Türkləri referendumda səsvermə zamanı HAYIR deməyə dəvət edir. Beləliklə də Türkiyəmizdə avtoritar bir rejmin qarşısının alınmasına dəstək olacağıq.                  

BLİCK.CH

 

09:46