İsveçrədə tibbi dronlar şəbəkəsi işə salınacaq

 

İsveçrə hospitalları “Matternet” şirkətinin dronlardan istifadəyə əsaslanan avtonom çatdırılma sistemi ilə təchiz ediləcək. Bu texnologiya tez bir zamanda xəstəxanalar arasında bütün zəruri materialların göndərilməsinə, həmçinin tibb işçilərinin göndərdikləri dərmanların yolda çatdırılmasına imkan verəcək.

Texnologiya qəza və tıxacları unutduracaq. Bir xəstəxanada pasiyentə nadir tapılan qan lazım olduqda və o, yalnız şəhərin digər hissəsində yerləşən xəstəxananın ehtiyatlarında varsa, dron vasitəsilə göndəriləcək. Bu, yalnız materialın ötürülmə vaxtını azaltmayacaq, həm də təcili yardım avtomobilini ona daha çox ehtiyac duyulan yerə yönəltməyə imkan verəcək. Dronları idarə etməyi istənilən əməkdaş öyrənə biləcək. Belə ki, dronların idarəetmə interfeysi maksimal dərəcədə sadələşdirilib.

“Sərhədsiz həkim” proqramı ilə əməkdaşlıq edən “Matternet” şirkəti öz məhsullarını bütün dünyada tətbiq etmək niyyətindədir. Cari ilin sonunadək dronlar vasitəsilə çatdırılma sistemi bütün İsveçrəyə yayılacaq.

Xudaferin.eu
“Avropa Bürosu”

11:46