İsveçrədə muğam axşamları

 

İsveçrənin Bazel şəhərində “Azərbaycan mədəniyyəti inciləri” proqramı çərçivəsində “Azərbaycan muğamları gənc muğam ifaçılarının təqdimatında” adlı növbəti layihə həyata keçirilib.

Bu layihə İsveçrədə fəaliyyət göstərən “Azərbaycanın Dostları”nin təşəbbüsü, Beynəlxalq Muğam Mərkəzinin və ölkəmizin İsveçrədəki səfirliyinin dəstəyi ilə reallaşıb.

Bazel şəhərindəki “Botanika” bağında təşkil olunan muğam axşamında Azərbaycan musiqisinin pərəstişkarları iştirak edib. Azərbaycandan dəvət olunmuş gənc muğam ifaçıları Ehtiram Hüseynov, Günay İmamverdiyeva və onları müşayiət edən musiqiçilər Xəyyam Məmmədov, Rövşən Qurbanov qonaqlara unudulmaz anlar yaşadıb. İfaçılar 55 dəqiqə davam edən musiqi proqramında muğam sənətinin bütün gözəlliyini isveçrəlilərə və buradakı əcnəbi qonaqlara çatdırmağa çalışıb.

Sonda tədbir iştirakçılarına və qonaqlara belə tədbirlərin tamamilə fərqli mədəniyyətə, düşüncə tərzinə malik insanlar arasında körpü olduğunu vurğulanıb. Gələcəkdə də bu cür görüşlərin keçiriləcəyinə böyük ümid bəslədiyini bildirib və əlavə edib ki, bu kimi layihələr İsveçrə musiqiçilərinin də Azərbaycanda konsertlərinin təşkilinə təkan verəcək.

Qeyd edək ki, Azərbaycan muğam sənətinə həsr olunmuş ikinci konsert proqramı “Azərbaycanlıların İsveçrədəki Mədəniyyət Mərkəzi”nin sədri Qasım Nəsirovla birgə Bern şəhərinin "Ono" Mədəniyyət Mərkəzində təşkil olunub. Bu tədbirdə də Azərbaycan musiqisinin çoxsaylı pərəstişkarlarını bir araya gətirib.

Xudaferin.eu
“Avropa Bürosu”

09:17