İsveçdə polislə miqrantlar arasında toqquşmalar

 

Ötən gecə Stokholm ətrafındakı Rinkebyu rayonunda iğtişaşlar baş verib.

İsveç KİV-lərinin yaydığı məlumata görə, bu rayonda əsasən miqrantlar və qaçqınlar yaşayır. Məlumatda deyilir ki, münaqişə polis əməkdaşlarının həmin rayonda yerləşən metro stansiyasında axtarışda olan şəxsi tanıması və onu həbs etməsi nəticəsində baş verib. Yaxınlıqdakı adamlar asayiş keşikçilərinə daş atmağa başlayıblar. Bir polis nəfəri yaralanıb. Başqa çıxış yolu tapmayan polislər tabel silahından atəş açaraq hadisə yerini tərk ediblər. Saat təqribən 22.20 radələrində başqa rayonda da iğtişaşlar qeydə alınıb. Hadisələrin hər birində 30-40 adam iştirak edib. Bir neçə mağaza qarət edilib, təqribən 8 avtomobil yandırılıb. Polisin məlumatına görə, gecə yarısına yaxın polis asayişi bərpa edə bilib.
Qeyd edək ki, Suriya, İraq, Pakistan, Əfqanıstan, Liviya və başqa orta Doği ölkələrindən gələn miqrantların çoxu yerli qanunlara nəinki əməl etmək, heç saya salmaq istəmirlər. Onlar özlərini Orta Doğu ölkələrində olduğu kimi davranış qaydaları ilə tanıtmağa çalışır və hətta bir sıra qanunsuzluqlara belə yol verirlər. İsveç və Avropa qanunlarını tanımaq istəməyən Orta Doğu miqrantları hətta bu ölkədə kriminogen durumu da ağırlaşdırıblar.

Xudaferin.eu
İsveç, “Stohkolm Bürosu

 

10:03