İsveçdə ermənilərin təxribatına ağır zərbə

 

Ermənilər İsveçin paytaxtı Stokholmda keçirilən "Xocalıya Ədalət" aksiyasında təxribat törətməyə cəhd ediblər. Bu barədə İsveçdə yaşayan soydaşımız, əslən Güney Azərbaycandan olan Barış Urmulu açıqlama  verib.
Barış Urmulunun “XUDAFERİN.EY”-ya verdiyi açıqlamada qeyd olunur ki, “Xocalı Soyqırımı”nın 25-ci ildönümü ilə bağlı anıt törəni adına keçirdikləri aksiya zamanı bir qrup erməni əllərində qondarma "Dağlıq Qarabağ Respublikası"nın bayrağı ilə onlara yaxınlaşmağa cəhd edib: "Təxribat törədəcəklərini görən kimi tez müdaxilə etdik. Bizə fiziki güc tətbiq etməklə yanaşı, həm də təxribat xarakterli və psixoloji baxımdan bir sıra provakasiyalara səbəb ola biləcək addımlar atdılar. Onlar öz mənfur niyyətlərini ortaya qoymaq üçün çox çalışsalar da, sonucda istədiklərinin heç biri alınmadı. Əllərindəki bədnam “DQR” bayraqlarını alıb və özlərini də meydandan kənarlaşdırmağa nail olduq".

Barış Urmulu onu da bildirdi ki, ermənilərin əlindən alınan bayraqlar sonra ən layiqli yerə atılıb: "Aksiyamıza davam etdik. Qondarma və separatçı, eyni zamanda insan qatili olan  "Dağlıq Qarabağ Respublikası"nın bayrağı bu dəfə ən layiqli yerdə-ayaqlarımızın altında idi".

Xudaferin.eu
İsveç, “Stohkolm Bürosu”

 

09:29